3 ölkənin XİN rəhbəri Azərbaycana gəlib - FOTO

11:53 25.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis və Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Azərbaycana işgüzar səfərə gəliblər.

Hafta.az-ın məlumatına görə, bu barədə B.Auresku "Twitter"də yazıb.

B.Auresku qeyd edib ki, Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı dörd görüş keçiriləcək:

"Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır, ikitərəfli dialoqumuzda geniş potensial var".